1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.02.2020 16:55:22

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Fevralın 17-də Bakının Sabunçu Rayon Məhkəməsinin binasında Gəncə icra başçısı Elmar Vəliyeə sui-qəsddə ittiham olunanların işi üzrə proses davam edib. Müttəhimlər kürsüsündə 2018-ci il iyulun 3-də şəxsən Vəliyevə atəş açmağa çalışan Yunis Səfərov da daxil olmaqla, 12 nəfər var.

İşə Gəncə Ağır İşlər Məhkəməsi Məhəmməd Bağırovun sədrliyi ilə baxır. İclasın əvvəlində vəkillər Sabunçu rayon məhkəməsinin zalı çox kiçik olduğu üçün prosesin Gəncədə və ya Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında keçirilməsi haqqında vəsatət qaldırıblar.

Vəkillər həmçinin məhkəmə heyətinə etiraz ediblər, belə ki, hakim Natiq Əliyev, bəzi məlumatlara görə, zərərçəkmişin - Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin qohumudur. Məhkəmə birinci məsələ üzrə vəsatəti Gəncə Apellyasiya Məhkəməsinə göndərmək qərarı verib, ikinci vəsatətə cavab vermədən, iclasın başa çatdığını elan edib.

* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o vaxtki icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb. Bundan sonra iyulun 10-da Gəncə administrasiyasının binası qarşısında dövlət başçısına qarşı etiraz aksiyası keçirilib.

Elə həmin gün şəhərdə iğtişaşlar baş verib, iki polis zabiti öldürülüb, bunun ardınca isə dindarlar və digər şəxslər arasında kütləvi həbslər başlayıb.

Bu hadisələrlə bağlı 70 nəfər barəsində cinayət işləri açılıb. Təqsirləndirilən şəxslərm 6 ildən 18 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 10-a yaxın insan şərti azadlığa buraxılıb.

Həbs edilənlərdən ibarət iki qrupun işinə apellyasiya məhkəməsində baxılır. Səfərov və digər 9 nəfərin işi üzrə məhkəmə yanvarda başlayıb. Bu işin daha iki fiqurantı güc qurumlarının xüsusi əməliyyatı zamanı öldürülüb.

Turan


Yunis Səfərovun işi üzrə proses qeyri-müəyyən vaxta təxirə salınıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020
    Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ