Dəyişikliklərin noyabrın 10-dan qüvvəyə minəcəyi bildirilib.

Artıq “YouTube” videonun altındakı “bəyənməmə” işarəsinə toxunanların sayını yalnız müəllif görə biləcək.
İslamazeri.com-un APA-ya istinadən verdiyi məlumata görə, bu barədə “YouTube” onlayn video hostinqinin bloqunda bildirilib.
Bir sözlə, videoların “bəyənməmə” sayı izləyicilərdən gizlədiləcək.
Tərtibatçılar bunu rahat onlayn mühit yaratmaq məqsədilə edilmiş düzgün və zəruri addım hesab edirlər.
"YouTube"da yenilik: Bu məlumat izləyicilərdən gizlədiləcək