Yol polisi bayram münasibətilə sürücülərə müraciət edib

Yol polisi bayram münasibətilə sürücülərə müraciət edib
Yayınlanma tarixi: 31.12.2022 10:16:28

Yol polisi bayram münasibətilə sürücülərə müraciət edib.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bayram münasibəti ilə sürücülərə müraciət edib.

İslamazeri.com xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın mərkəzi küçə və prospektlərində, xüsusən Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin intensiv hərəkətini nəzərə alıb şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsini və ən əsası dayanma durma tələblərinə ciddi şəkildə riayət edilməsi xahiş olunur.

GÜNÜN MANŞETLERİ