Yermakov: İran PUA-ları ilə bağlı Rusiyaya qarşı iddialar əsassızdır

Yermakov: İran PUA-ları ilə bağlı Rusiyaya qarşı iddialar əsassızdır
Yayınlanma tarixi: 30.11.2022 14:30:39

Qərb ölkələrinin Rusiyanın öz ərazisində İran pilotsuz təyyarələri istehsal edəcəyi ilə bağlı iddiaları əsassızdır.

İslamazeri.com "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Nüvə silahlarının yayılmaması və nəzarət departamentinin direktoru Vladimir Yermakov RİA Novosti-yə müsahibəsində bildirib.

Bundan əvvəl "The Washington Post" ABŞ və onun müttəfiqlərinin kəşfiyyat məlumatlarına istinadla yazıb ki, guya Moskva İranın döyüş təyyarələrinin Rusiyada istehsalına dair Tehranla razılaşıb.
Yermakovun sözlərinə görə, İran PUA-larının Rusiyaya verilməsi ilə bağlı fərziyyələrə dair heç bir sübut yoxdur.
"İndi əvvəlki hekayələrin müəllifləri Rusiyanın guya öz ərazisində İran pilotsuz təyyarələri istehsal edəcəyi hekayəsinə keçiblər. Yenə də bütün bunlar əsassız fərziyyələrdir, dünyanın diqqətini əsas məsələdən - 2015-ci ildə razılaşdırılmış parametrlərə uyğun olaraq Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) tezliklə "yenidən işə salınmasından" yayındırmaq üçün "cəlbedici" faktların arxasınca qaçırlar", - Yermakov bildirib.
Qərb ölkələri iddia edir ki, guya İran hazırda Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya pilotsuz təyyarələr verir. Moskva və Tehran bu cür ittihamları rədd edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, Tehran Ukraynada xüsusi əməliyyatın başlamasından bir neçə ay əvvəl Rusiya Federasiyasına pilotsuz təyyarələr verib. O, həmçinin bildirib ki, Ukrayna tərəfi iştirak etmədiyi üçün Tehran PUA məsələsi ilə bağlı Kiyevlə görüşə bilməyib.
Nüvə sazişi
Yermakov deyib ki, Moskva ABŞ-ın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasından deyil, İrandakı etirazlardan danışmasından narahatdır.
"Əlbəttə, amerikalı həmkarlarımızın, o cümlədən ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mullinin son vaxtlar İrandakı etirazlar və insan haqları mövzusunda daha çox danışmağa üstünlük verirlər. JCPOA üzrə isə onlar sakitliyi qorumağa və mümkün qədər qeyri-müəyyənliyin qalmasına çalışırlar", - deyə Yermakov bildirib.

GÜNÜN MANŞETLERİ