1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:02.07.2018 11:44:48

Biometrik şəxsiyyət vəsiqələrində isə insanı tanımaq üçün yalnız üz cizgiləri kifayət edəcək...

İslamazeri.com xəbər verir ki, Milli Məclisdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik səsə qoyulub. Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı müvafiq aparatlar respublikanın Naxçıvan da daxil olmaqla, bir sıra yerlərində yerləşdirilib və sentyabrdan bunu vermək mümkün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Layihə səsə qoyularaq, qəbul edilib. Qeyd edək ki, köhnə şəxsiyyət vəsiqələrində insanın tanınması üçün çiyindən yuxarı bütöv görünüşü əsas götürülürdü. Məhz bu fakt səbəb gətirildiyindən inanclı xanımların şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirmələrinə icazə verilmirdi. Biometrik şəxsiyyət vəsiqələrində isə insanı tanımaq üçün yalnız üz cizgiləri kifayət edəcək. Hicab isə heç bir halda üz cizgilərini məhdudlaşdırmır.  Belə olan halda isə ortaya sual çıxır.

 Yeni biometrik pasportlar alarkən inanclı xanımlar hicabla şəkil çəkdirə biləcəklərmi?  

 Mövzu ilə bağlı fikirlərini “İslaminSesi” ilə bölüşən Vəkillər kollegiyasının üzvü, tanınmış vəkil Vamiq Şükürov maraqlı mətləbləri açıqlayıb. Vəkil bildirib ki, biz bu məsələdə konkret olaraq şəxsiyyət vəsiqəsini verən Daxili İşlər Nazirliyinin niyyətini müəyyən etməliyik: “ Bu məsələdə Daxili İşlər Nazirliyinin niyyətinin nə olacağını demək çətindir. Nazirlik şəxsiyyət vəsiqəsində nəzərdə tutulan şəkillərin hicablı formada çəkilməsinin hüquqi baxımdan qadağan olduğunu həmişə belə əsaslandırırdı ki, vətəndaş gündəlik görünüş tərzinə uyğun şəkil çəkdirməlidir. Gündəlik görünüş dedikdə isə şəxsin özünün geyim tərzi və seçimi nəzərdə tutulur. Hicablı xanımlar da hesab edirlər ki, baş örtüyü onların gündəlik geyim tərzidir. Amma Daxili İşlər Nazirliyi hesab edir ki, gündəlik görünüş tərzi bir xanımın başı açıq formada olmasıdır. Amma DİN rəsmilərinin, hicabın şəxsin eyniləşdirib tapılmasına maneə yaratdığı haqda fikirlərinə rast gəlməmişəm”.

Vamiq Şükürovun sözlərinə görə, xanımların hicablı formada şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirmələrini nə konstitusiya, nə də qanun qadağan etmir: “ Bu insanların özünü ifadə etmə formasıdır. Əgər geyim hüquq pozuntusunun törədilməsi ilə müşahidə olunmursa, o zaman şəkil çəkdirərkən vətəndaşın libasını məhdudlaşdırmaq qadağandır.  Adətən necə geyinməyi şəxsin özü müəyyənləşdirir və buna qarışmağa heç kimə icazə verilmir. Digər bir məsələ ondan ibarətdir ki, hicabla şəkil çəkdirməyə icazə verilməməsi vicdan azadlığı ilə uzlaşmır. Çünki hər bir insanın öz dinini yaşamaq hüququ var. Yəni hər bir şəxs qanunları pozmamaq şərti ilə dini ayinləri yerinə yetirə  və dinin vacib buyurduğu qaydalara riayət edə bilər. Biz isə şəkil çəkdirərkən və digər hallarda vətəndaşın bu qaydaları pozmasını təmin etməklə, onun vicdan azadlığını məhdudlaşdırırıq. Əgər yeni biometrik fotolar şəxsin üz cizgiləri vasitəsi ilə  tanınmasını təmin edirsə, o zaman inanclı xanımların hicabla şəkil çəkdirmələri üçün heç bir məhdudiyyət qalmır”.   


Yeni biometrik pasporta hicabla şəkil qəbul ediləcəkmi?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident Xələf Xələfova yeni vəzifə verdi
    Prezident İlham Əliyev Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
     14.11.2018
    Metyu Brayza:
    O qeyd edib ki, Rusiya gələcəkdə də Ermənistan siyasətində mərkəzi amil olaraq qalacaq.
     14.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ