Yəməndə daşqınlar nəticəsində 31 nəfər həyatını itirib

Yəməndə daşqınlar nəticəsində 31 nəfər həyatını itirib
Yayınlanma tarixi: 18.05.2023 14:33:45

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Yəməndə aprel ayında baş verən daşqınlarda 31 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını, 3 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən yazılı açıqlamada Yəmənin bir çox şəhərində qısamüddətli leysan yağışların yağdığı bildirilib.

Açıqlamada leysan yağışların İbb şəhərindəki qayaların təhlükəli şəkildə dağılmasına səbəb olduğu qeyd olunub.

Yəməndə martın ortalarında başlayan yağışlı mövsüm minlərlə ailəyə mənfi təsir göstərib.

Qeyd edək ki, Yəmənin paytaxtı Səna və bəzi bölgələri 2014-cü ilin sentyabr ayından etibarən İran tərəfindən dəstəklənən husilərin nəzarətindədir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından etibarən husilərlə mübarizə çərçivəsində Yəmən hökumətinə dəstək verir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yayımladığı hesabata görə, Yəmən xalqının 73 faizi (təxminən 23,4 milyon nəfər) vətəndaş müharibəsi səbəbindən humanitar yardıma möhtacdır, 4,3 milyon insan öz yurd-yuvasından didərgin düşüb.

Yəməndəki münaqişələr nəticəsində 13 mini mülki vətəndaş olmaqla 377 min insan həyatını itirib.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55