EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:12.03.2019 09:40:15

Bu gün Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsidir

İslamazeri.com xəbər verir ki, adət-ənənəyə görə, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir.

Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

Yel çərşənbəsində axır çərşənbə üçün hazırlıqlar görülür. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

Qeyd edək ki, axır çərşənbə martın 14-də qeyd olunacaq.


Yel çərşənbəsi; Novruzun üçüncü çərşənbəsidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL
    Meydan TV-nin rəhbəri Emin Millinin yeni paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
     25.03.2019
    “İlham Əliyevin bağışladığı nar ağacları, Lukaşenkonun hədiyyə etdiyi kartof”
    Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili turizmlə məşğul olmağa başlayıb - cəmi 80 dollar ödəməklə istənilən şəxs keçmiş dövlət başçısının özünün tikdiyi evdə gecələyə bilər.
     25.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ