1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.09.2017 09:46:00

Azərbaycan Yazıçılar Birliyinin binasının birinci mərtəbəsində fəaliyyət göstərmiş kafe məsələsi artıq bir neçə gündür ki, ictimaiyyətin diqqətindədir.

Müxtəlif fikirlər səsləndirilir, uduzan isə ümumən cəmiyyətimizdir. Problemin həlli isə çox sadədir: AYB-nin illik büdəcəsinə dövlət tərəfindən ildə əlavə olaraq 100-200 min manat artıq vəsait ayrılsın. Bunu etmək dövlətimizin gücündədir.

Bunu Milli Məclisin komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, o, bu təklifi payız sessiyasında büdcə müzakirəsində qaldırmaq fikrindədir:

"Qoy Yazıçılar Birliyi üzvlərinin ortaya çıxan bir sıra problemlərinin həllində sıxıntı keçirməsinlər. Tarix sübut edir ki, ədəbiyyata sərf edilən vəsait sonradan artıqlaması ilə xalqın mənəviyyatının zənginləşməsi ilə geri qayıdır.

Kafe yerləşmiş birinci mərtəbədəki sahəni isə hansısa bir təşkilat, məsələn, SOCAR təmir edib uşaq ədəbiyyatı mərkəzinə çevrilməsinə kömək edə bilər. Dəyərli yazıçılarımız isə onlara xas olmayan işidən azad olub bizləri özlərinin yeni əsərləri ilə sevindirə bilərlər".


Yazıçılar Birliyinin məsələsi Milli Məclisdə qaldırılacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Liviyada mühacir qayığı batdı
    Liviyanın Zuvarə şəhərində immiqrantları daşıyan qayığın batdığı, yüzdən çox adamın itkin düşdüyü bildirilib.
     21.09.2017
    Tacikistan boks və digər idmanları qadağan edəcək - SƏBƏB
    Tacikistan maraqlı qanun layihəsi hazırlanıb.
     21.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ