Yaponiya və Hindistan arasında ilk hava təlimi keçirilir

Yaponiya və Hindistan arasında ilk hava təlimi keçirilir
Yayınlanma tarixi: 16.01.2023 13:50:52

Yaponiya və Hindistana məxsus qırıcıların Yaponyanın paytaxtı Tokionun şimal-şərqində təşkil etdiyi "Veer Guardian-23" birgə hava təlimi başlayıb.

Yaponiya və Hindistana məxsus qırıcıların Yaponyanın paytaxtı Tokionun şimal-şərqində təşkil etdiyi "Veer Guardian-23" birgə hava təlimi başlayıb.

İslamazeri.com xəbər verir ki, bu, iki ölkə arasında ilk hava təlimi kimi tarixə düşüb.

“Veer Guardian-23” adlanan təlimdə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə (ASDF) məxsus 4 F-2 və 4 F-15 reaktiv təyyarəsi iştirak edir.

Təlimdə Hindistan Hərbi Hava Qüvvələrindən (IAF) 4 Su-30MKI, 2 C-17 nəqliyyat və İL-78 yanacaqdoldurma təyyarəsi iştirak edir.

Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin açıqlamasında təlimlərin "iki hava qüvvələri arasında qarşılıqlı anlayışı artırmaq və müdafiə əməkdaşlığını gücləndirmək" məqsədi daşıdığı vurğulanıb.

Tokionun şimal-şərqindəki İbarakidəki Hyakuri bazasında keçirilən təlimin yanvarın 26-dək davam etməsi planlaşdırılır.

GÜNÜN MANŞETLERİ