EURO 1,8927 TRY 0,2496
USD 1,7 RUB 0,0242
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:27.03.2020 20:09:38

Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti məlumatı açıqlanıb

İslamazeri.com xəbər verir ki, Operativ Qərargahın məlumatında deyilir ki, Xüsusi karantin rejimi gücləndirilir.

Məlumatın davamında deyilir:

"Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın.

Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Nəqliyyat vasitələri üzrə:

Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilsin.

Ticarət obyektləri üzrə

Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

İctimai iaşə obyektləri üzrə:

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

Əhalinin  hərəkəti üzrə:

Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılsın."


Xüsusi karantin rejimi gücləndirilir - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • CPJ ABŞ-da jurnalistlərə qarşı zorakılıqları pisləyib
    CPJ Atlanta, Las Veqas, Luisvill və paytaxt Vaşqintonda jurnalistıərə hücumlar barədə məlumatları araşdırır.
     01.06.2020
    “Nəfəs ala bilmirəm” sözləri ABŞ-ın 30 şəhərini ayağa qaldırdı
    ABŞ-ın Minneapolis şəhərində silahsız qaradərili Corc Floydun yerli polis tərəfindən dəhşətli ölümü ölkədə böyük narazılıq yaradıb
     01.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ