1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.06.2019 17:29:33

“Sizin və bizim Tanrımız fərqli-fərqli tanrılar deyil"

İslamazeri.com-un “Islam News”-ə istinadən verdiyi xəbərə əsasən, Yeni Zelandiyanın paytaxtında müsəlmanlar aqressiv islamofoba İslam barədəki yanlış fikirlərin əsassız olduğunu izah etmək üçün onu məscidə dəvət ediblər.

Yeni Zelandiyadakı kilsənin öz fundamentalist baxışları ilə seçilən lideri Brayan Tamaki son həftələr İslam və müsəlmanlara qarşı nifrətini açıq şəkildə dilə gətirib.

Məxsusən də, o, İslam dinini “tez yayılan sosial müdaxilə”, Kraysyçörç terror aktlarını isə “mədəniyyətlərin toqquşması” adlandırıb.

Onun bu bəyanatlarından sonra Yeni Zelandiya Beynəlxalq Müsəlman Assosiyasiyasının prezidenti Tahir Nəvaz məlum islamofobun İslam barədəki baxışlarını müzakirə etmək üçün, onu Vellinqtondakı məscidlərdən birinə dəvət edib.

“Sizin və bizim Tanrımız fərqli-fərqli tanrılar deyil. Bizim Tanrımız birdir”, - deyə Nəvaz qeyd edib.

Nəvazın sözlərinə görə, Tamakinin müsəlmanlar İslam və müsəlmanlar barədə olan sözləri müsəlmanları təhqir edib, lakin müsəlmanlar onun baxışlarının səhvliyini isbatlamaq üçün birbaşa dialoqa hazırdır.

“Gəlin və müsəlman olmağı necə bir hiss olduğunu anlayın. Gəlin və bizimlə bir axşam keçirin”, - deyə Nəvazi Tamakiyə səslənib.

Qeyd edək ki, İslama dair yanlış baxışları olan biri üçün müsəlmanları bu cür reaksiyası olduqca “gözlənilməzdir” və bu, bir daha İslam dinin sülh dini olduğunu sübut edir.


Xristian lider İslamı təhqir etdi: Müsəlmanlardan gözlənilməz reaksiya

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanın builki yanacaq idxalının 14%-i Azərbaycanın payına düşüb
    Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 890,9 min ton benzin və dizel yanacağı idxal edib.
     18.11.2019
    Yarımçıq qalan arzular: şəhid Zahid Hüseynov
    Salyan bölgəsində Seydan kəndində Azərbaycan torpaqları azdlığı uğrunda şəhid olan Hüseynov Zahid Rabil oğlunun şərəfinə, xatirəsini əbədiləşdirmək üçün büst ucaldı
     18.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ