EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:27.02.2019 13:58:50

Ekran işi Jest dilində Araxçın MMC və Silent Comunication Komandasının birgə dəstəyi nəticəsində ərsəyə gəlib.

Bu gün Nizami Kino Mərkəzində müğənni Elnarə Xəlilovanın Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunmuş "Xocalıya Ədalət" adlı klipinin təqdimatı baş tutub.

Publika.az xəbər verir ki, ekran işi Jest dilində Araxçın MMC və Silent Comunication Komandasının birgə dəstəyi nəticəsində ərsəyə gəlib.

Klipin təqdimatından əvvəl tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra klipdə çəkilən 2 saylı Xüsusi internat məktəbinin danışma və eşitmə məhdudiyyətli yetirmələrinin iştirakı ilə Azərbaycanın Dövlət Himni jest dilində ifa olunub.

E.Xəlilova açıqlamasında bildirib ki, mahnının musiqisini özü yazıb: "Xocalı soyqırımı bizim qan yaddaşımızdır. Onu heç vaxt unutmamalıyıq. Nə qədər ki, torpaqlarımız işğal altındadır bu yaramız hər zaman qanayacaq. Bizim başlıca məqsədimiz bu faciə barədə məlumatları və faktları ildən-ilə nəsildən-nəsilə ötürməkdir. Xocalı gerçəklərini dünyaya çatdırmaq üçün hər il Azərbaycan və ingilis dilində layihələr həyata keçirilir. Bu mahnı da keçən il yaranıb. Bəstənin sözlərini Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan yazıb. Musiqisi isə mənə aiddir. Özümə bəstəkar deməyəcəm, peşəkarlardan ayıb olar. Bu, mənim ürəyimin səsi və harayı, sözlərin təsir qüvvəsindən yaranan emosiya və hissdir.

Daha sonra mahnını Azərbaycan və ingilis dilinə tərcümə etdim ki, iki dildə də mütləq olsun. Lakin onda ağlıma gəlmədi ki, bir dil də var. Bu, işarə və jestikulyasiya dilidir ki, onu həqiqətən dünyada bütün eşitmə və danışma məhdudiyyətləri olanlar birmənalı şəkildə anlayır".

Azərbaycan Karlara Dəstək İctimai Birliyinin sədri Kamran Abbasov isə çıxışında qeyd edib ki, ekran işi onu çox duyğulandırıb: "Belə layihələr mütəmadi olaraq həyata keçirilməlidir ki, Xocalı soyqırımının olması barədə eşitmə və danışma məhdudiyyətləri olan insanlar məlumatlansın. İstəmirəm ki, bununla bitsin, belə layihələr gələcəkdə də davam etdirilməlidir".

Gənclər üçün təhsil mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə öz çıxışında bildirib ki, bu, Elnarə xanımın vətənpərvərlik mövzusunda ilk işi deyil:"Elnarə xanımın vətənpərvərlik mövzularına həssas yanaşmasını hər zaman alqışlayır və yüksək qiymətləndiririk. Bu klip gənclərdə mübarizə əzmi doğuraraq intiqam hissini aşılayır".

Tədbir Orxan Bektaşın rejissorluq etdiyi klipin təqdimatı ilə başa çatıb.


“Xocalıya Ədalət” klipi təqdim edilib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL
    Meydan TV-nin rəhbəri Emin Millinin yeni paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
     25.03.2019
    “İlham Əliyevin bağışladığı nar ağacları, Lukaşenkonun hədiyyə etdiyi kartof”
    Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili turizmlə məşğul olmağa başlayıb - cəmi 80 dollar ödəməklə istənilən şəxs keçmiş dövlət başçısının özünün tikdiyi evdə gecələyə bilər.
     25.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ