XİN İslandiya Nazirlər Komitəsinin sədrinə cavab verib

XİN İslandiya Nazirlər Komitəsinin sədrinə cavab verib
Yayınlanma tarixi: 20.01.2023 10:25:15

Azərbaycan XİN İslandiya Nazirlər Komitəsinin sədrinə cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə İslandiya Nazirlər Komitəsinin sədrinə cavab verib.

İslamazeri.com xəbər verir ki, bu barədə o “Twitter“ səhifəsində paylaşım edib.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycan torpaqlarının qanunsuz istismarı və sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda keçirilən dinc aksiyalar qanunidir.

"İslandiya Nazirlər Komitəsinin sədri paradoksal olaraq yüz minlərlə azərbaycanlının məcburi köçkün olmasını Ermənistan tərəfinən törədilən vəhşiliyi rədd edir", - deyə nazirlik rəsmisi bildirib.

GÜNÜN MANŞETLERİ