"Xanım Fatimeyi Zəhra" məscidi dindarların istifadəsinə verildi

Yayınlanma tarixi: 6.01.2022 18:33:11

“Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yenidən qurulan və bu gün açılışı olan “Xanım Fatimeyi Zəhra” məscidi dindarların istifadəsinə verilib”.

İslamazeri.com xəbər verir ki, bu barədə “Xanım Fatimeyi Zəhra” məscidinin icma sədri, axund İlqar Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hazırda ibadət yeri pandemiya dövrünün bütün tələblərinə əməl edilməklə dindarların ixtiyarındadır.

"Məsciddə hələlik mənimlə yanaşı, Surxay Əhmədov da axundluq edir. Adətən, məscid açılandan sonra icma formalaşır. Sənədləşmə işləri ilə bağlı aidiyyəti qurumlar hazırlıq işləri görürlər. Bundan sonra icma formalaşacaq”, - İ.Abdullayev vurğulayıb.

GÜNÜN MANŞETLERİ