1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:27.08.2019 10:25:40

Livan Hizbullahı İsrailə aid 2 pilotsuz aparatla bağlı açıqlama yayıb

Livan Hizbullahı İsrailə aid 2 pilotsuz aparatla bağlı açıqlama yayıb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki,Livan Hizbullahıın açıqlamasına görə, bazar günü səhər tezdən Beyrutun üzərində vurulmuş iki pilotsuzda bomba var imiş. Pilotsuzların tapşırığı partlayış əməliyyatı imiş.

"Müqavimət ekspertlərinin araşdırmalarından sonra bəlli olub ki, cənub məntəqəsində vurulmuş pilotsuzda məharətlə yerləşdirilmiş partlayıcı maddələr var imiş.  Çəkisi 5,5 kiloqram olan qeyd olunan partlayıcı maddələr "Si-4"(C4) növündən olubdur. PUA-nın qalıqları göstərir ki, birinci pilotsuzun məqsədi, kəşfiyyat əməliyyatı deyil, elə ikinci pilotsuz kimi partlayış əməliyyatı olubdur.", -deyə Hizbullahın açıqlamasında deyilir.

Qeyd dək ki, bazar günü İsrail Ordusunun 2 PUA-sı Livan hava sahəsini pozmuş, Hizbullah lideri bununla bağlı açıqlama verərək "2006-cı ilin avqustundan, yəni müharibə bitəndən bu günə kimi bu ilk hücumdur və biz bunu çox ciddi qəbul edir və buna mütləq cavab verəcəyik. Çünki cavab verilməsə, İraqda olduğu kimi bu davam edəcək. İndiyə kimi bütün seçkilərdə Netanyahu seçkilərə fələstinlilərin qanları üzərindən gedib. Amma bu dəfə seçki sizin qanlarınızın üzərində keçiriləcək. Bu gündən bizim cavabımızı gözləyin. İsrail əsgərləri təkcə sərhəddə deyil, hər yerdə, hətta Ağlama divarının kənarında bizi gözləsinlər. Bir gün, iki gün və ya üç-dörd gün gözləyin və israillilərə bildirin ki, dünən gecə baş verənlər qarşısında susmaq olmaz" , - bildirib.

Livan prezidenti Mişel Aud da Beyrutun cənubuna düşən İsrailə aid pilotsuz aparatların ölkəsinin suverenliyinə qarşı açıq bir hücum olduğunu bildirib.

 İran İslam İnqilabının Keşikçilər Korpusu - SEPAH-ın "Qüds" elit briqadasının komandiri General Qasim Süleymani İsrail rejiminin Suriya və Livana qarşı həyata keçirdiyi hava zərbələrinə cavab veriləcəyini qeyd edib.


Vurulmuş İsrail PUA-sı Livanda partlayış törətmək istəyib - Hizbullah

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda toy xərclərinə limit
    Özbəkistanda toy xərclərinə limit qoyulur
     21.09.2019
    Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ