EURO 1,9947 NEFT 73,69
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:01.12.2017 11:10:12

(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik

Bu gün Rəbiül-əvvəl ayının 12-dir (Dekabr ayının 1-i). Bu gündən etibarən “Vəhdət həftəsi” başlanır və bütün müsəlmanları öz ətrafında birləşdirən bu həftə mövlud həftəsi kimi qeyd edilir. Elə bu münasibətlə bütün İslam ümmətini təbrik edirik.

Qeyd etmək lazımdır ki, İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.

Qurani-Kərimə əsasən, Allah-Taala İslam Peyğəmbərini (s) aləmlərə rəhmət olaraq göndərmişdir. “Ənbiya” surəsinin 107-ci ayəsində buyurur:

“(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.”

Təbii ki, belə bir şəxsiyyətin doğum günü insanların və əsasən müsəlmanların vəhdət və birliyinə səbəb olmalıdır. Allah-Taala vəhdət və birlik barəsində “Ali-İmran” surəsinin 103-cü ayəsində buyurur:

وَاع
“VƏHDƏT HƏFTƏSİ” - Allahın ipindən möhkəm yapışın, bir-birinizdən ayrılmayın

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
    Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.
     23.07.2018
    Lerikdə 2 tona yaxın xaşxaş kolu məhv edilib
    Dövlət Sərhəd Xidməti (DSX) tərə­findən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata ke­çiril­miş tədbirlər nəticəsində sərhədboyu zonada narkotik xassəli kolları­n yabanı halda bit­diyi sahə aşkar olunub.
     23.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ