EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:08.02.2019 17:44:08

Vətəndaşların daha çox şikayət etdiyi tikinti şirkətlərinin adları

2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət edib.

İslamazeri.com xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AZƏRTAC-da dərc olunmuş məqaləsində qeyd olunub.

Bunlardan "Hermes-S", "Murad M.S.", "İnteks", "Grand Plaza", "Elite City", "N Turan", "Pearl Construction", "TFM Smart Project", "Fədək", "Sizin mənzil", "NV Construction", "Dönüş-1", "MVVL Verus Praedium", "Azadlıq Residence", "Pilot-1", "FVS İnşaat", "Rahatlığın məkanı", "Poleks", "Park Bayil", "İnşaat Konstruksiyaları", "Draft Construction", "Qlobal-SF", "Malibo", "Avrasiya Construction", "İnkişaf-S", "SKY Residence", "Xəmsə-İnşaat", "Buta Qroup", "Cavid 2016", "Rahat Həyat", "Qismət-M Construction", "Archico" MMC-lər, "Sabah Residence", "Best Construction", "Regal Residence", "Orbita", "Merkuri", "Pilot İnşaat A", "Yeni ev-19", "Məkan", "EDİF", "Mahal", "Teymuroğlu", "Olympus Park", "Bəhrə", "İqtisadçı-2005" və digər MTK-lar barədə şikayətlər daha çox olub.

Eyni zamanda, vətəndaşlar "Belıy lebed", "Rahatlığın məkanı", "Burhan", "Altes Park", "AAAF" yaşayış komplekslərində idarəetmədə illərdən bəri mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər.

"İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək və şikayətlərin sayı getdikcə azalacaq", - S.İsmayılov vurğulayıb.


Vətəndaşların daha çox şikayət etdiyi tikinti şirkətlərinin adları - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan Müsəlmanlar İdarəsi Xocalı soyqırımı ilə bağlı tədbir keçirib - FOTO
    Gürcüstan Müsəlmanlar İdarəsi və Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası ermənilər tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı Tbilisidə tədbir keçirib
     24.02.2019
    Norveç ordusunda təcavüz hadisələri sürətlə artır
    Norveç 2016-da qadınlara da icbari əsgərlik tətbiqi gətirmişdi.
     24.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ