1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:08.02.2019 16:13:07

"Venesuela Prezidenti Nikolas Maduro xalq tərəfindən seçilib və dövlətin qanuni rəhbəridir".

Bunu "Report"a Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran ölkəsindəki vəziyyəti şərh edərkən deyib.

"Dövlətin suverenliyi xalqın əlindədir. ABŞ rəsmən Venesuelada dövlət çevrilişi etmək niyyətini açıqlayıb, onlar Venesuelada qeyri-qanuni rejim yaratmaq istəyirlər. Bu, beynəlxalq hüquq normalarına hörmətsizlikdir. ABŞ dünyanın sahibi deyil", - deyə o bildirib.

Diplomat qeyd edib ki, Venesuela Konstitusiyası bütün dünya üçün nümunədir: "Orada Venesuelada prezident seçkilərinin nə vaxt və hansı qaydada keçirilməli olduğu (Venesuelada prezident 4 illik seçilir. Növbəti seçkilər 2023-cü ilə nəzərdə tutulub - red.) aydın yazılıb. Ölkədə qarşıdan gələn seçkilər Milli Assambleyaya deputatların seçimidir".

O vurğulayıb ki, Venesuela müxalifətinin lideri Xuan Quaidonun referendum elan etmək səlahiyyətləri yoxdur: "O, xalqı və beynəlxalq ictimaiyyəti aldadaraq 30 gün ərzində növbədənkənar prezident seçkiləri keçirə biləcəyini açıqlayıb. Amma Konstitusiyamıza görə, Milli Assambleyanın sədri belə hüquqa malik deyil. Yalnız xalq referendum keçirilməsini tələb edə bilər".


Venesuelanın Azərbaycandakı səfirindən ölkəsindəki durumla bağlı açıqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Bakıda müsəlmanlar kilsəyə axın etdi - Foto
    Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsini ziyarət ediblər.
     23.04.2019
    Nigeriyada polis 11 nəfəri öldürdü - SƏBƏB
    Hadisənin Qombe ştatında baş verdiyi qeyd edilir.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ