Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:19.03.2021 11:57:11

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru qitədə COVID-19-la bağlı vəziyyətin bir addım geri getdiyini, keçən ilin bu vaxtı ilə müqayisədə xəstəlikdən daha çox insanın öldüyünü bildirib.

İslamazeri.com VOA-ya istinadən xəbər verir ki, Kopenhagendəki ofisindən virtual brifinq zamanı Hans Kluqe jurnalistlərə deyib ki, onu xüsusilə xəstəxanalara yerləşdirilmə və ölüm hallarının hazırda dünyada ən yüksək olduğu Baltikyanı ölkələr, Mərkəzi Avropa və Balkanlar narahat edir.

Kluqe Avropada həftədə COVID-19-dan 20000-dən çox ölüm halının olduğunu və ümumi ölüm sayının 900000 keçdiyini deyib. O, üçüncü həftədir ardıcıl yoluxmaların sayının artdığını, keçən həftə Avropada 1,2 milyondan çox yeni yoluxma halının qeydə alındığını bildirib.

Kluqe regiondakı 46 ölkənin 107 milyondan çox vətəndaşına bir dozada koronavirus peyvəndi tətbiq edildiyini, 45 ölkədə əhalinin 3%-nin peyvənd dozalarını tamamlandığını deyib. Onun sözlərinə görə, bu, bir irəliləmə olsa da, virusun yayılmasının qarşısını əhəmiyyətli dərəcədə almaq üçün kifayət deyil.

O, Avropanın 21 ölkəsinin peyvəndlərin vəziyyəti dərhal yaxşılaşdırılacağını düşünərək, COVID-19 məhdudiyyətləri tədricən qaldırdığını deyib. “Bu cür fərziyyələr irəli sürmək hələ çox tezdir” – deyə, Kluqe bildirib.

Kluqe bir çox ölkənin qan laxtalanmasına səbəb olduğunu deyərək, istifadəsini dayandırdığı mübahisəli AstraZeneca peyvəndindən də danışıb. Çərşənbə günü Ümumdünya Səhiyyə Təşkilatının rəsmilərindən peyvəndin faydalarının risklərindən daha çox olduğunu və ondan istifadə edilməli olduğu ifadəsini təkrarlayıb.


ÜST: Keçən il bu vaxt koronavirusdan daha çox insan ölmüşdü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb
    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
     19.08.2022
    Pakistanlı nümayəndə heyəti Milli Müdafiə Universitetində olub
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     19.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ