İslamazeri.com-un "Din" rubrikasından...
Bəzi şəxslərin etiqadına görə inzibat, korkoranə itaətin sayəsində əldə olunur. Beləliklə də o, heç bir fikir irəli sürmədən özündən böyüyün - inzibatçının göstərişlərini icra edir. Belə bir üslubu seçənlərin, düşüncəsini bir neçə şəkildə təsəvvür etmək olar:
2. Adətən bir nəfərin nəzarətində tərbiyə alanın dərrakəsi zəif olur. Beləsi üçün yaxşısı odur ki, heç bir reaksiyasız tərbiyəçinin dediklərini icra etsin.
3. Korkoranə itaət, inikişaf və işin nəticəsinə yaxşı təsir göstərir, işləri müəyyən qayda-qanunlar çərçivəsinə salır.
Onların əqidəsincə qorxu və tənbeh uşağı müəyyən vəzifələri yeirnə yetirməyə məcbur edir, onların qanunsuz işlərlərə əl atmasının qarşısını alır. Belə valideynlər tənbeh yolu ilə əldə olunan inzibat uşağın hisslərinin məhvinə gətirib çıxarır. Beləsi həddi-büluğa çatanda ya heç bir şəxsə itaət etməyib üsyankarlıq yolunu seçir, ya da hər şəxsə itaət edib, hər kəsin əmirini icra etməyə və uduzmağa hazır olur.
Vadildeyn və tərbiyəçinin qorxusundan layiq olmayan əməldən çəkinən uşaq yuxarı yaşlarda da özündən xəbərsiz olaraq təkcə daha ağır tənbehlərdən qorxuduğu zaman və ya həqiqətən tənbeh olunub layiq olmayan əməldən əl çəkəcək.
Əslində həqiqi tərbiyə odur ki, insan tənbeh qorxusundan deyil, günah etməmək və vicdanının pak saxlamaq üçün pis əməldən əl çəkir.
4. Validyen öz övladını tərbiyə edən zaman əslində ona öyədir ki, gələcəkdə necə vadideyn olmaq lazımdır. Bəzi təhqiqatçıların etiqadına görə bu bədəxlaqlılıq beləcə nəsildən nəsilə keçir. Öz övladını kötəkləyən bir çox valideynlərin özləri uşaqlıqda əzab-əziyət çəkmişlər.
Həzrət (ə) buyurub: “ Aqil insanın öyüd qəbul etməsi, ədəb və tərbiyə vasitəsilə olur. Vurmaqla tərbiyyə olunan dördayaqlılar və heyvanlardır.”
O həzrət bəzi məqamlarda qeyri- fiziki tənbehi lazımlı bilir. Övladından o həzrət şikayət edənin cavabında buyurub: “Övladını vurma, ədəbləndirmək üçün ondan küs. Amma diqqət et ki, küsməyin uzun çəkməsin və tezliklə onunla barış.”