Uqanda nümayəndə heyəti Azərbaycana səfər edib

Uqanda nümayəndə heyəti Azərbaycana səfər edib
Yayınlanma tarixi: 9.12.2022 13:59:24

Uqanda Respublikasının BMT yanında daimi nümayəndəsi və Uqanda Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrlik təcrübəsini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olub.

XİN-dən "İslamazeri.com"a verilən xəbərə görə, səfər çərçivəsində baş tutan görüşlərdə 2023-cü ilin dekabr ayında Uqandanın Kampala şəhərində keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşünə hazırlıq məsələləri və Hərəkata sədrliyin səmərəli təşkili ilə bağlı Azərbaycanın müsbət təcrübəsi müzakirə edilib.

Uqanda nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin Aparatının rəhbərliyi tərəfindən qəbul edilərək, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin fəaliyyəti barədə məlumat verilib.

Daha sonra nümayəndə heyəti Qoşulmama Hərəkatının Gənclər Təşkilatının rəhbərliyi və Təşkilatın Azərbaycan bölməsinin nümayəndələri ilə görüş keçirərək Hərəkatın gələcək fəaliyyətində gənclərin rolu mövzusunda fikir mübadiləsi aparıb.

GÜNÜN MANŞETLERİ