EURO 1,9326 NEFT 60,89
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:30.11.2018 10:06:28

Noyabrın 29-da Bakı Apellyasiya Məhkəməsi belə qərar verib

İslamazeri.com xəbər verir ki,  bunu Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsindən bildiriblər.

İdarədən deyiblər ki, bu gün, noyabrın 29-da Bakı Apellyasiya Məhkəməsi belə qərar verib. Məhkəmənin Mirtağı Əsədovdan daxil olan müraciətə baxdığı və onu azad etdiyi bildirilir.

Həmin məlumatı "Azadlıq Radiosu"na  Mirtağı Əsədovun həyat yoldaşı Şahanə Hacıyeva da təsdiqləyib. O, deyib ki, Mirtağı Əsədov hazırda Bakıdadır. Ancaq hələlik, onun özü ilə danışmaq mümkün olmayıb.

Bakı Apellyasiya Məhkəməsi bir həftə əvvəl Mirtağı Əsədovun vəkillərinin apellyasiya şikayətini rədd etmişdi.

O vaxt Əsədovun 30 sutka inzibati həbs edildiyi deyilirdi. Onun cəza müddətinin gələn ayın 8-də başa çatacağı gözlənirdi.

"Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin" sədri Mirtağı Əsədov-un noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd-buraxılış məntəqəsində saxlandığı bildirilirdi. Bu barədə həmin idarə açıqlama yaymışdı.

Həmin açıqlamadan 4 gün sonra yaxınları bildirmişdilər ki, Mirtağı Əsədov inzibati qaydada 30 sutka həbs edilib.

Həyat yoldaşı Şahanə Hacıyeva Mirtağı Əsədovun haqqında məhkəmə qərarını əldə etdiyini bildirmişdi. O, qərarı noybarın 8-də Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyini deyirdi. Həmin qərarda deyilirdi:

"Gürcüstan vətəndaşı Əsədov Mirtağı 8 noyabr 2018-ci il tarixdə saat 12:30 radələrində Ə.Əlizadə küçəsi, ev 43 ünvanın yaxınlığında telefon ilə uca səslə nalayiq söyüşlər söyüb və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb. Bununla da onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub".

"Hakim Samir Məmmədovun sədrlik etdiyi kollegiyanın qərarına əsasən, Mirtağı Əsədov İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və barəsində 30 gün müddətinə inzibati həbs tədbiri seçilib", xanımı həmçinin vurğulayırdı.

Mirtağı Əsədovun əvvəllər Azərbaycan vətəndaşı olduğu, 2 ilə yaxındır ki, vətəndaşlıqdan imtina etdiyi bildirilir. Onun həyat yoldaşı Azərbaycanda yaşayır. Verilən məlumata görə, o ildə bir neçə dəfə Azərbaycana səfər edib.


Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov azad edildi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avtomobil kreditlərinə dair yeni tələblər - Gələn ildən ağır şərtlərlə veriləcək
    Gələn ildən Azərbaycanda avtomobil kreditlərinə dair tələblər sərtləşir.
     11.12.2018
    Qurban AFFA-nın təzminatından imtina etdi: Pula görə işləmirdim
    Qurban Qurbanov AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina edib.
     11.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ