Yayınlanma tarixi: 28.10.2022 10:25:21
"ABŞ "Ukraynanın sonuna qədər" qalibiyyətlə nəticələnəcək müharibənin tərəfdarıdır. Rusiyalılar da, həmçinin, əziyyət çəkirlər, lakin ABŞ-dan qisas alınacaq."
İslamazeri.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev özünün "Telegram" kanalında ABŞ Konqresinə seçkilərin noyabrın 8-də keçiriləcəyini xatırladıb və "bu gün demokratlar/respublikaçılar öz qələbələrinin əvəzini necə ödəyə bilərlər və ya Kapitoliya təpəsində itirdiklərini necə izah edə bilərlər" deyə maraqlanıb.
"(ABŞ prezidenti) Baydenin hazırkı komandası üçün, eləcə də onların respublikaçı rəqibləri üçün, əslində, bir tək valyuta mövcuddur. Bu, mifik Ukrayna dövlətinin onlara lazım olmayan vətəndaşlarının həyatıdır. Onlar Amerikanın böyük oyununda qurbanlardır. Onlar asanlıqla okeanın o tayındakı siyasi döyüşlərdə gələcək zəfər qurbangahına yerləşdirilirlər" – deyə o, bəyan edib.
Medvedev əlavə edib ki, "ukraynalıların həyatı həm Amerika silahlarının sonsuz tədarükü, həm də təlimatçıların və muzdluların" əməyi üçün ödəniş vasitəsidir", "Onları, hətta çirkli bomba istifadə edilsə belə, qurban verməyə hazırdırlar".
"Xalqımız da əziyyət çəkir. Amma yeganə fərq odur ki, xalqımız həm döyüş meydanında, həm də döyüş meydanlarından uzaq olan başqa istiqamətlərdə qisas alacaq. Və dəqiqliklə deyək olar ki, uğursuz məhkəmə prosesləri çərçivəsində deyil. Başqa yollarla. Amma heç kim ukraynalıları xatırlamayacaq", - deyə Medvedev yazıb.
O əmindir ki,"Amerika quruluşu üçün əsas şey Nümayəndələr Palatasına və Senata kimin nəzarət edəcəyidir".
"Buna görə müharibə "qələbə sonuna" qədərdir. Daha doğrusu, sadəcə olaraq, sona qədər. Ukraynanın sonu", - deyə Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini bildirib.