1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:07.10.2018 12:31:40

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqor ilə döyüşdən sonra baş verən insidentə görə "UFC"-nin yüngül çəki dərəcəsində çempionu titulundan məhrum edilə bilər.

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqor ilə döyüşdən sonra baş verən insidentə görə "UFC"-nin yüngül çəki dərəcəsində çempionu titulundan məhrum edilə bilər.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə "UFC"nin prezidenti Deyna Uayt bildirib.

D.Uayt deyib: "Həbib cərimələnə və ya diskvalifikasiya edilə bilər. Əgər o uzun müddətlik diskvalifikasiya edilərsə, əlbəttə ki, biz onu tituldan məhrum edəcəyik. Əlbəttə, sanksiyalar olacaq. Ayaqları ilə kütləyə tullanan oğlan daha burada döyüşməyəcək".

"UFC"nin prezidenti əlavə edib ki, rusiyalı döyüşçü keçirdiyi döyüşə görə 2 milyon dollar məbləğində qonorarı araşdırmanın sonuna qədər almayacaq: "Ona döyüşün ödənişli izlənilməsindən əldə olunan gəlirlərdən də faiz verməyə bilərlər. Əgər atletik komissiya ona yüngül cəza verərsə, mən buna çox şübhə edirəm, onda biz bu məsələyə qayıdacağıq". 

Onun sözlərinə görə, o kəməri H.Nurməhəmmədova tamaşaçılar arasında yeni toqquşmaların baş verməsindən qorxduğu üçün oktaqonda verməyib: "Həbib mənə dedi ki: "Məni həbs edin, amma kəməri verin". Mən bütün bunlara görə bu çox məyusam -biz belə etmirik".

Xatırladaq ki, bu gün UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor üzərində "UFC-229" çempionatı çərçivəsində qalib gəlib. Rusiyalı idmançı rəqibi üzərində qələbə qazanaraq "UFC" çempionu titulunu qoruyub. Döyüş H.Nurməhəmmədovun 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq eləməsindən sonra başa çatıb.

Döyüş bitdikdən sonra zalda kütləvi dava baş verib. H.Nurməhəmmədovun və K.Makqreqorun komandalarının iştirakı ilə tamaşaçıların olduğu yerdə başlayıb və sonra oktaqonda davam edib.

İnsidentin mühafizəçilər və zalda olan döyüşçülərin köməyi ilə qarşısını almaq mümkün olub. İnsident zamanı H. Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov polislər tərəfindən saxlanılıb. Ara sakitləşəndən sonra "UFC"-nin prezidenti Deyna Uayt K.Makqreqorun komandasına xəbərdarlıq edib.


"UFC"nin prezidenti: Nurməhəmmədov UFC çempionu titulundan məhrum edilə bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Apellyasiya Məhkəməsi  şəhid oğlunun həbs müddətini azaldıb
    Ötən gün Bakı Apellyasiya Məhkəməsində Toğrul Hacıyevin inzibati həbsindən şikayətinə baxılıb.
     15.12.2018
    İlham Əliyev general rütbələri verdi
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
     15.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ