EURO 1,8737 TRY 0,2585
USD 1,7 RUB 0,0214
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:13.03.2020 12:07:34

"Twitter Inc." şirkətinin əməkdaşları koronavirusa yoluxma riski səbəbindən evdən işləməyə başlayıblar.

İslamazeri.com Sputnik-ə istinadən verdiyi xəbərə görə, bu barədə şirkət özünün sosial şəbəkə bloqunda məlumat yayıb.

10 gün əvvəl şirkət işçilərinə ofisdənkənar iş rejiminə keçməyi tövsiyə edib. Bununla yanaşı, şirkət hazırda dünyadakı 5000-ə yaxın işçisinin koronavirus səbəbindən evdən işləməli olduğunu bildirib.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Hubey əyalətinin Uhan şəhərində sətəlcəm (pnevmoniya) xəstəliyinə yoluxma hallarının olduğunu elan edib. Xəstəliyin törədicisi Covid-2019 rəsmi adı verilən yeni növ koronavirusdur.

Hazırda dünya üzrə koronavirusa 126258 nəfər yoluxub, 4638 nəfər xəstəlikdən dünyasını dəyişib, 68266 nəfər sağalıb. Koronavirus altı qitədə 116 ölkənin ərazisində yayılıb. Dünyanın bir çox məşhur şirkətləri koronovirus səbəbindən işçilərini uzaqdan işləmə rejiminə keçirib.


Twitter koronavirusa görə ofisdənkənar iş rejiminə keçdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 18 metrlik avtobuslar xəttə buraxıldı - FOTO
    Bakıda fəaliyyət göstərən ekspres marşrut xətlərinə yeni avtobuslar buraxılıb.
     31.03.2020
    Müdafiə Nazirliyi tərxis və çağırış haqqında QƏRAR verdi
    Çağırış mayın 31-dək uzadılır, tərxis aprelin 20-25-i reallaşacaq
     31.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ