1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:2.10.2020 15:32:14

Türkiyənin iki böyük - CABİR (Cəfəri Alimlər Birliyi) və EHLADER (Əhlibeyt Alimlər Dərnəyi)dəstək bəyanatı yayıb.

Azərbaycanın işğalda olan torpaqlarını azad etməsi üçün keçirdiyi döyüşlərə dəstək olaraq Türkiyənin iki böyük - CABİR (Cəfəri Alimlər Birliyi) və EHLADER (Əhlibeyt Alimlər Dərnəyi)dəstək bəyanatı yayıb.

İslamazeri.com Az.shafaqna.com-a istinadən xəbər verir ki,  bəyanatların mətnində hər iki təşkilat Azərbaycana tam dəstəyini açıqlayıb.

Cəfəri Alimlər Birliyi hər zaman bütün İslam Ölkələrinin və məzlum xalqların yanında olduğunu bildirərək, qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

“İşğalçı Ermənistanın bu hücumlarını şiddətlə pisləyir və işğal etdiyi Azərbaycan torpaqlarının tez bir zamanda azad olunmasını arzulayırıq. Bu xain hücumda sadəcə hərbi bölgələrə deyil, mülki vətəndaşlara atəş açması nəticəsində şəhid olan canlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Şəhid ailələrinə başsağlığı veririk. Ermənistan bilməlidir ki, bu mövqeyini davam etməsi özünə zərər verəcəkdir. İmperialist güclərə güvənərək həyata keçirdiyi bu haqsız və hüquqa zidd hücumlardan tez bir zamanda vaz keçməlidir.”, -deyə Cəfəri Alimlər Birliyinin bəyanatda qeyd edilir.

Digər şiə alimlərin cəm olduğu Ehlader (Əhlibeyt Alimlər Dərnəyi) də Azərbaycana öz dəstəyini bildirib.

“Son günlərdə Azərbaycanımızda yaşanan bu acı olaylar və verilən şəhidlər bizləri dərindən kədərləndirmişdir, necə ki, heç bir Müsəlman dünyanın hansı coğrafiyasında olursa olsun. qardaşının başınlarına gələnlərə görə səssiz qala bilməz. Türkiyədə olan Əhlibeyt Alimləri olaraq; Azərbaycan xalqının uğuru və Qarabağın azadlığı yolundakı bütün addımlarını dəstəkləyir və bütün imkanlarımız ilə Can Azərbaycanın yanında yer aldığımızı elan edirik. Şəhid olanlara Mütəal Allahdan rəhmət, ailələrinə səbir və qazilərimizə salamatlıq arzu edirik.”, -deyə Əhlibeyt Alimlər Dərnəyinin bəyanatında bildirilir.


Türkiyənin Şiə Alimlərinin iki böyük təşkilatından Azərbaycana dəstək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ