1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.01.2018 12:41:27

Türkiyənin baş naziri İran İslam Respublikasının çox yaxşı sabitliyə malik olduğunu deyib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki,  Türkiyənin baş naziri Binəli Yıldırım şənbə günü hakim Ədalət və İnkişaf Partiyasının Kırşehirdə keçirilən 6-cı Konqresində İrandakı iğtişaşlardan danışıb.

"İranın sabitliyi və təhlükəsizliyi Türkiyə və region üçün çox önəmlidir.", -deyən Binəli Yıldırım İran İslam Respublikasının daxili məsələlərinə istənilən xarici müdaxiləni tənqid edib.

Baş nazir "Əcnəbilərin müdaxiləsi İranda gərginlik yaratmaq və bu ölkəni təhlükəsizlik böhranına sürükləmək üçündür. Və İranın dini liderinin tərəfdarları bu kimi fitnələri zərərsizləşdirəcəklər.", -deyə əlavə edib. 

Türkiyənin baş naziri Ankaranın regionda sabitlik və təhlükəsizliyin tərəfdarı olduğunu, heç bir ölkənin gərginlik və böhrandan faydalanmadığını deyərək, bəzi çirkin niyyətə malik tərəflərin regiona tamah gözü ilə baxdığını bildirib. 


Türkiyənin baş naziri: "İranın dini liderinin tərəfdarları fitnələri zərərsizləşdirəcəklər"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam dininin utanmağa münasibəti necədir?
    Həya və utanmaq nisbi bir anlayışlardır və mövqedən aslı olaraq müsbət və ya mənfi hal ala bilər.
     20.01.2019
    Türkiyə: Sərhədimizin yanındakı terror bataqlığını qurutmadan dayanmayacağıq
    "Twitter"də 2015-ci ildən bu yana Türkiyədə terror təşkilatlarının reallaşdırdığı terror hücumlarının görüntülərini paylaşıb.
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ