EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:05.01.2019 22:47:40

Ömrünü İslam və müsəlmanların izzəti və müdafiəsinə sərf etmiş Türkiyəli İslam alimi Muhəmməd Avcı Hoca iki gün öncə Məşhəd ziyarətində infarkt keçirərək dünyasını dəyişib.

İslamazeri.com xəbər verir ki, ömrünü İslam və müsəlmanların izzəti və müdafiəsinə sərf etmiş Türkiyəli İslam alimi Muhəmməd Avcı Hoca iki gün öncə infarkt keçirərək dünyasını dəyişib.

Əslən Elazığ şəhərindən olan mərhum Muhəmməd Avcı hoca 1980-ci illərdə Türkiyədən ayrılaraq Almaniyaya gedərək o zamandan sonra Avropanın müxtəlif ölkə və şəhərlərində İslam təbliğatı ilə məşğul olub. Əhlibeyt və vilayət təbliğatı etdiyinə görə, həmyerliləri və müxtəlif camaatlar tərəfindən təzyiqlər və basqılara məruz qalsada, təbliğat və yolundan dönməyib.

Mərhum övladlarını da mübəlliğ və islam müəllimləri olması üçün onlara təbliğ və təşviq etmiş, onlar da atalarının yolundan gedərək Quran və Əhlibeytin təbliği və müdafiəsində xidmətlər edirlər.

 Türkiyəli İslam alimi Muhəmməd Avcı Hoca öz istəyilə İranın Qum şəhərində, Həzrəti Məsumə (s.ə) ziyarətgahında dəfn edilib, onun dəfn mərasiminə din alimləri və tələbələr, xüsusilə türkiyəli tələbələr qatılıblar.

İslamazeri.com adından mərhumun ailəsi və yaxınlarına baş sağlığı verir, Allahdan rəhmət və məğfirət diləyirik. Allah rəhmət etsin!


Türkiyəli İslam alimi Qum şəhərində Həzrəti Məsumə ziyarətgahında dəfn edildi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019
    Qubad İbadoğlu: İdarəetmədə struktur islahatlar üçün konsepsiya olmalıdır - VİDEO
    "Bu, son nəticədə Azərbaycanın Qafqazda regionun lideri, iqtisadi qüdrətli dövləti mövqeyinin əldən verilməsinə gətirib çıxaracaq."
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ