1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:07.09.2019 10:33:01

Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub.  

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, təcili tibbi yardıma çağırış gecə saat 04.04-də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.  

Səhər saat 08:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.

Qəzada yaralanan qadın “Report”a açıqlamasında deyib ki, qəza nəticəsində sürücünün köməkçisi elə hadisə yerində keçinib: “ Hər kəs bir-birini tapdalayıb avtobusdan düşməyə çalışırdı. Avtobusda uşaqlar da vardı. Hamımız düşüb baxdıq ki, yük maşını avtobusa çırpılıb. Bəzi sərnişinlər yolda maşın saxlayıb minib evlərinə getdilər. 

Mən qəzada ciddi xəsarət almamışdım, sadəcə düşmək istəyəndə sərnişinlər itələdilər yıxıldım. Üzərimdən keçdikləri üçün xəsarət aldım. Məncə yük maşını bizi vurub. Günah onda olub."

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunlar Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Çinarə Eyub qızı İmamxanova, 1992-ci il təvəllüdlü Xəyyam Ümidvar oğlu Mirəliyev, 1966-cı il təvəllüdlü Göyçək Mehralı qızı Sərxanova, 1946-cı il təvəllüdlü Qələm Cavad qızı Süleymanova, 1978-ci il təvəllüdlü Arzu Mətləb qızı Kazımova, 1957-ci il təvəllüdlü Gülsüm Məhəmmdağa qızı Əliyeva, 1989-cu il təvəllüdlü Növrəstə Qardaşxan qızı Babayeva, 1997-ci il təvəllüdlü Nicad Gəray oğlu Əliyev, Günel Qurbanəliyeva, Sevinc Əmiraslanova, Türkiyə vətəndaşları Darmış Ruzin və 1983-cü il təvəllüdlü Şener Yavuz Süleyman. 


Türkiyədən gələn avtobus Azərbaycanda yük maşını ilə toqquşdu, ölən və yaralananlar var - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əli Əkbər Vilayətini Bakıda həbs edin, bizə təhvil verin” - Argentinadan tələb...
    Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.
     12.11.2019
    Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     12.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ