AFAD zəlzələlər nəticəsində 38 min 44 adamın həyatını itirdiyini, 108 min 68 nəfərin yaralandığını açıqlayıb.
Fevralın 6-da mərkəzi Kahramanmaraşda olmaqla 11 rayonda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə can itkisi 38 min 44-ə yüksəlib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi - AFAD zəlzələlər nəticəsində 38 min 44 adamın həyatını itirdiyini, 108 min 68 nəfərin yaralandığını açıqlayıb.
Bölgədə dağıntılar altında axtarış-xilasetmə işləri davam edir.