Ayətullah Sistani Seyid Nəsrullahın şəhadətilə bağlı bəyanat verdi

Ayətullah Sistani Seyid Nəsrullahın şəhadətilə bağlı bəyanat verdi
Yayınlanma tarixi: 28.09.2024 18:57:52

Böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistani Hizbullah lideri Seyid Nəsrullahın şəhadəti münasibətilə bəyanat yayıb.

İslamazeri.com bəyanatı təqdim edir:

Bəyanatda deyilir:

Düşmən İsrail ordusu tərəfindən Beyrutun bombalanması zamanı Hüccətül-İslam vəl-müslimin, Seyid Həsən Nəsrullahın, onun şərəfli Livan müqavimətindəki bir qrup qardaşının və onlarla günahsız mülki şəxsin törətdiyi faciəli qətliamda şəhid olması xəbərini böyük kədər və təəssüf hissi ilə qarşıladıq.

Böyük şəhid, son onilliklərdə bənzəri az olan bir liderlik nümunəsi göstərdi. O, Livan torpaqlarını azad edərək, iraqlıları İŞİD terrorçularından azad etmək üçün əlindən gələni etdi. Eyni zamanda, zülm altında qalan Fələstin xalqının yanında durdu və həyatını bu yolda fəda etdi.
Bu böyük müsibət və böyük itki ilə bağlı dəyərli Livan xalqına və bütün digər məzlum xalqlara dərin hüznlə başsağlığı veririk.

Mütəal Allaha dua edirik ki, mərhumun ruhunu böyük mərhəmət və razılığı ilə əhatə etsin və onu rəhmətə qovuşdursun. Onu Həzrət Məhəmməd və onun pak Əhlibeyti ilə ən uca məqamlarda qərar versin, ailəsinə və bütün kədərlənən dostlara səbr və dözüm əta etsin. Şübhəsiz, biz Allahdan gəldik və ona dönəcəyik.”

GÜNÜN MANŞETLERİ