Türkiyənin Van bölgəsində qar uçqununda ölənlərin sayı artmaqda davam edir.

Bu gün Türkiyənin Van bölgəsində baş verən ikinci qar uçqununda ölənlərin sayı 33 nəfərə çatıb.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, daha 7 nəfər uçqunun qurbanı olub.
Beləliklə, bu gün baş vermiş iki qar uçqununda ölənlərin sayı 38 nəfərə yüksəlib.
Gecə saatlarında baş vermiş ilk qar uçqununda 5 nəfər ölmüşdü.
Türkiyədə qar uçqununda ölənlərin sayı 38-ə çatıb