Türkiyədə prezident seçkilərində səslərin hesablanması başlanandan indiyədək seçki sandıqlarının 99.5 faizi açılıb
İslamazeri.com-un verdiyi xəbərə görə, Türkiyədə prezident seçkilərində səslərin hesablanması başlanandan indiyədək seçki sandıqlarının 99.5 faizi açılıb.
Məlumata əsasən, Anadolu Agentliyinin təqibilə sanıqların 99.5 %-nin açılması zamanı respublikanın hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 52,10 faiz səslə öndədir.
Kamal Kılıçdaroğlu 47,90 faiz səs toplayıb.
Müxalifətə yaxın Anka agentliyinin təqibilə 99.16 faiz səs sayılıb.
R. T. Ərdoğan 52.08, K. Kılıçdaroğlu isə 47.92 faiz səs toplayıb.
Qeyd edək ki, bu gün Türkiyədə ikinci tur prezident seçkiləri keçirilib.
Səsvermə prosesi Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a qədər davam edib.