Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir

Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir
Yayınlanma tarixi: 28.05.2023 10:55:58

Ölkə daxilində 60 milyondan çox seçici səsvermədə iştirak edə biləcək.

İslamazeri.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyə tarixində ilk dəfə olaraq prezident seçkilərinin ikinci turu keçirilir. Dövlətin ən ali postu uğrunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu arasında mübarizədə qalib səs çoxluğu ilə müəyyənləşəcək.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Türkiyə vaxtı ilə səhər saat 8-dən axşamçağı 5-ə qədər fəaliyyət göstərəcək səsvermə məntəqələrində ümumilikdə 191 mindən çox seçki qutusu qurulub.

Ölkə daxilində 60 milyondan çox seçici səsvermədə iştirak edə biləcək.

Dünyanın 73 ölkəsində yaşayan 3,5 milyona yaxın Türkiyə vətəndaşı üçün təşkil olunan seçki prosesi mayın 24-də başa çatıb.

Gömrük məntəqələrində isə səsvermə 28 may yerli vaxtla saat 17:00-dək davam edəcək.

Xarici ölkələrdən Türkiyəyə gətirilən bülletenlər Türkiyədə səsvermə başa çatdıqdan sonra sayılacaq.

Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52, CHP sədri Kamal Kılıçdaroğlu 44,88, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdılar. Seçici fəallığı 88,92 faiz olmuşdu.

İlk turda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu səsvermənin ikinci turunda mübarizəni davam etdirir.

GÜNÜN MANŞETLERİ