1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:17.06.2017 12:33:57

Manisada, General Seyfəddin Çalbatur Kazarması 1-ci Piyada Əsgər Təhsil Briqada Komandanlığında 50-ə qədər əsgər şam yeməyinin ardınca zəhərlənmə şübhəsilə xəstəxanalara aparılıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, General Seyfəddin Çalbatur Kazarması 1-ci Piyada Əsgər Təhsil Briqada Komandanlığında bəzi əsgərlər şam yeməyinin ardınca xəstələnib.

Ürək bulanması və qusma şikayəti edən əsgərlər xəstəxanaya müraciət edib. Təxminən 50 əsgər zəhərlənmə şübhəsi ilə birliyə çağrılan ambulanslarla Manisa Merkezefeni və Manisa Dövlət Xəstəxanalarına aparılıb.

Ötən ay daha 2 zəhərlənmə hadisəsi baş vermişdi

Manisada 23 may tarixində Manisa 1-ci Piyada Təhsil Briqada Komandanlığı Polkovnik Arif Seyhun Kazarmasında 1046 əsgər qida zəhərlənməsi səbəbiylə xəstəxanaya aparılmış, bir əsgər həyatını itirmişdi.

Bu hadisədən 4 gün sonra, 27 may tarixində bu dəfə Kırkağaç 6-cı Jandarm Desant Əsgər Təlim Polkunda zəhərlənmə hadisəsi baş vermiş, 70 əsgər xəstəxanalıq olmuşdu.


Türkiyədə eyni hərbi hissədə 2-ci dəfə kütləvi zəhərlənmə: 50-ə qədər əsgər xəstəxanalıq oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya İŞİD-i belə vurdu - YENİ VİDEO
    Rusiya Ordusunun Dəniz Qoşunları İŞİD terrorçlarını hədəf alıb. İslamazeri.com "Alalam"a istinadən xəbər verir ki, 6 kruiz raket terrorçuların məntəqələrinə tuş gəlib.
     25.06.2017
    Qahirə küçələrində bayram sevinci - FOTO
    Misir paytaxtında bayram sevinci yaşanır. İslamazeri.com tasnimnews-a istinadən fotoları təqdim edir.
     25.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ