Türkiyə, Suriya, İran və Rusiya rəsmiləri Moskvada görüşəcək.
Sabah Moskvada Suriya, Türkiyə, İran və Rusiya rəsmilərinin – Müdafiə Nazirlikləri və Kəşfiyyat Xidmətlərinin başçılarının 4-tərəfli görüşü keçiriləcək.
İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar məlumat verib.
O xatırladıb ki, 2022-ci il 28 dekabrda da Moskvada Türkiyə, Rusiya və Suriya müdafiə nazirləri və kəşfiyyat xidmətlərinin başçılarının 3-tərəfli görüşü keçirilmişdi və həmin görüşün yekununda qarşılıqlı dialoqun davam etdirilməsinə dair qərar qəbul edilmişdi.
“Nəticədə dialoqa İranın da qoşulması haqda razılıq əldə edilmişdi. 4-tərəfli formatdakı danışıqlara hazırlıq başladı. 25 apreldə Moskvada regiondakı problemlərin yoluna qoyulması və uzunmüddətli sülh və sabitliyin yaxınlaşdırılması məqsədilə görüş baş tutacaq“, – deyə Akar bildirib.
Onun sözlərinə görə, artıq Moskva görüşündən sonra müsbət proseslər baş verə bilər.