1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:08.10.2018 09:49:08

Türkiyə rəsmiləri Səudiyyə Ərəbistanından olan jurnalistin o ölkənin İstanbuldakı konsulluğunda öldürüldüyü qənaətinə gəlib.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, Türkiyə rəsmiləri Səudiyyə Ərəbistanından olan jurnalistin o ölkənin İstanbuldakı konsulluğunda öldürüldüyü qənaətinə gəlib. Səudiyyə rəsmiləri itthamları əsasız adlandırıb.

Məlumata görə, jurnalist sənəd almaq üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub. Həmin sənəd ona evlənmək üçün lazım imiş.

Camal Xaşoqqinin nişanlısı onu konsulluq önündə gözlədiyini və onun heç zaman oradan çıxmadığını deyib.

The Washington Post qəzetinə də yazan və ABŞ-da yaşayan jurnalist ötən il Səudiyyə Ərəbistanının dissident səsələri boğmasından sonra vətənini tərk edib.

Keçmiş qəzet redaktoru olan Xaşoqqi demişdi ki, Səudiyyə Ərəbistanının Yəmən siyasəti və fərli düşünnənləri boğmasını tənqid etdiyinə görə ondan qisas ala bilərlər.

ABŞ Dövlət Departamenti onunla bağlı sualın cavabında bildirib ki, Amerika bu məlumatı təsdiq etmək mövqeyində deyil, lakin məsələ yaxından izlənilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hakimiyyət hazırda bütün kameraların qeydə aldığı görüntüləri və hava limanlarına bütün giriş-çıxışları yoxlayır.

Ərdoğanın köməkçisi Yasin Aktay bundan əvvəl Reuters-ə bildirib ki, hakimiyyət hesab edir ki, bu işdə Səudiyyə Ərəbistanından olan 15 nəfərin əli var.


Türkiyə: Səudiyyədən olan jurnalist o ölkənin İstanbuldakı konsulluğunda öldürülüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriyaya sutka ərzində 2 minə yaxın qaçqın qayıdıb
    Ötən sutka ərzində Suriyaya 1938 qaçqın qayıdıb.
     09.12.2018
    Səudiyyə Ordusu Yəməndə balıqçıları hədəfə aldı; Dəhşətli görüntülər - VİDEO
    Səudiyyə və BƏƏ Ordularının Yəmən xalqına hücumları davam edir, bu dəfə yəmənli balıqçılar hədəfə alındı - hücumdan sonra dəhşətli görüntülər diqqət çəkdi...
     09.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ