Türkiyə seçkiləri: Sandıqların 99 faizi açıldı; NƏTİCƏLƏR

Türkiyə seçkiləri: Sandıqların 99 faizi açıldı; NƏTİCƏLƏR
Yayınlanma tarixi: 15.05.2023 11:07:03

Türkiyədə gözlər prezident seçkilərinin nəticələrindədir...

İslamazeri.com xəbər verir ki, artıq səslərin 99.7 faizi sayılıb.

Bu nəticələrə görə, R.T.Ərdoğan 49.42 faiz səslə liderdir.

K.Kılıçdaroğlu 44.95 faiz səslə ikincidir.

Üçüncü yerdə S.Oğandır, 5.20 faiz səs toplayıb.

Məhərrəm İncə 1 faiz toplaya bilməyib.

Qeyd edək ki, bu nəticələrə görə seçkilərin ikinci turu olmalıdır.

Parlament seçkiləri:

Anadolu Agentliyinin açıqladığı nəticələrə əsasən, TBMM-də Cümhur İttifaqından AKP 266 yer, MHP 50, Yenidən Rifah Partiyası 5 yer qazanıb.

Millət İttifaqından isə parlamentə CHP 169, İYİ Partiyasından isə 44 millət vəkili seçilə bilib.

1 milyondan çox səs toplasa da 7 faizlik barajı keçə bilmədiyinə görə, ATA İttifaqına daxil olan Zəfər Partiyası və Ədalət Partiyasından bir nəfər də parlamentə daxil ola bilməyib.

Əmək və Azadlıq İttifaqına daxil olan Yaşıl Sol Partiyası (HDP-çilər) 62, Türkiyə İşçi Partiyasından isə 4 millət vəkili parlamentə düşməyi bacarıb.

Sosialist Güc Birliyi İttifaqına daxil olan Sol Partiyası, Türkiyə Kommunist Partiyası və Türkiyə Kommunist Hərəkatı parlamentdə düşə bilməyib.

 

 

GÜNÜN MANŞETLERİ