Türkiyə, Rusiya, İran və Suriya nazirləri Moskvada toplanacaq

Türkiyə, Rusiya, İran və Suriya nazirləri Moskvada toplanacaq
Yayınlanma tarixi: 5.05.2023 10:15:01

Türkiyə, Rusiya, İran və Suriya nazirləri Moskvada toplanacaq.

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin dördlü toplantısının mayın 10-da Rusiyanın paytaxtı Moskvada olacağını bildirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bir televiziya kanalının canlı yayımında seçkilərdən əvvəl Suriya ilə bağlı görüşün olub-olmayacağı ilə bağlı suala Çavuşoğlu belə cavab verib:

"Çox güman ki, olacaq. Hazırlıq görüşləri əvvəllər də keçirilib və bütün danışıqlar yol xəritəsi çərçivəsində aparılır. Kəşfiyyat və müdafiə sahələrində təhlükəsizliyin artırılması, terrorla mübarizədə əməkdaşlıq kimi mövzularda xarici işlər nazirlərinin müavinləri görüşüblər.

Rusiyadan tarix təklifləri gəldi. Belə bir görüş yəqin ki, mayın 10-da baş tutacaq. Hazırda İran prezidenti Afrika səfərindədir. Ona görə İrandan kimin iştirak edəcəyi dəqiq deyil. Amma Moskvada bu görüş keçiriləcək”.

GÜNÜN MANŞETLERİ