Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:8.01.2021 11:00:22

Buraxılış bu gün Türkiyə vaxtı ilə 05:15-də baş tutub.

İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, “Türksat 5A” adlı 5-ci nəsil əlaqə üçün nəzərdə tutulan geostasionar telekommunikasiya peyki ABŞ-ın Florida ştatında Kanaveral burnundakı kosmodromdan uğurlu şəkildə orbitə çıxarılıb.

Buraxılış bu gün Türkiyə vaxtı ilə 05:15-də baş tutub.

Kanaveral burnundakı mərkəzdən “SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı-raketinin buraxılışını Türkiyənin nəqliyyat və infrastruktur naziri Ömər Fatih Sayan, “Türksat AŞ” şirkətinin baş direktoru Cenk Şen və digərləri izləyib.

Ankaradan Türkiyə nəqliyyat naziri Adil İsmayıloğlu bildirib ki, peykdən ilk siqnal buraxılışdan 35 dəqiqə sonra daxil olub.

“Hazırda 4 ay testlər keçiriləcək, daha sonra “Türksat 5A” tam gücü ilə işləyə biləcək”, - deyə o qeyd edib.

Adıçəkilən geostasionar rabitə peyki verilişi ilə Türkiyə, Avropa və Yaxın Şərq ölkələrini, Afrikanın şimalıını, Mərkəzi və Qərbi Afrikanı, Cənubi Afrikakı, Egey və Qara dənizlərini əhatə edəcək.

Peykə nəzarət Ankarada yerləşən baza stansiyasından həyata keçiriləcək.

Türkiyə Yerin orbitində şəxsi peykinə sahib 30 ölkədən biridir. “Türksat 5A” ilə birlikdə Türkiyənin 4 aktiv rabitə peyki var.


Türkiyə orbitə “Türksat 5A” rabitə peykini çıxardı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb
    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
     19.08.2022
    Pakistanlı nümayəndə heyəti Milli Müdafiə Universitetində olub
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     19.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ