EURO 1,9097 TRY 0,2896
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:20.05.2019 23:09:25

Türkiyənin Van şəhərinin Saray və Özalp rayonlarında 14 mayda “İran casusu” ittihamları ilə keçirilən əməliyyat haqqında ətraflı məlumatlar yayılıb.

İslamazeri.com rudav-a istinadən xəbər verir ki, Türkiyənin Van şəhərinin Saray və Özalp rayonlarında 14 mayda “İran casusu” ittihamları ilə keçirilən əməliyyat haqqında ətraflı məlumatlar yayılıb.

Əməliyyatı MİT yox, Jandarma həyata keçirib...

Məlumata görə, Jandarmanın təqdimatı ilə Prokurorluq sansksiyaları ilə, 41 nəfər saxlanılıb ki, onlardan 15-i haqqında həbs-qətimkan tədbiri seçilib.

"Dövlət sirlərinə qarşı işlənən cinayət çərçivəsində casusluq etdikləri" iddiası ilə həbsxanaya göndərilən 15 nəfər, kiçik ticarətlə məşğul olduqları, İranda bəzi şəxslərlə "Mənim əmanətimi unutma" kimi danışıqlar - casus fəaliyyəti kimi xarakterizə edilib.

İttihamnamə...

İttihamnamədə deyilir:" Şübhəlilər xarici ölkənin xüsusi xidmət orqanları əməkdaşları ilə əlaqəyə keçdikləri, Türkiyə dövlətinin və ya vətəndaşlarının ya da Türkiyədə yaşayan başqa ölkə vətəndaşlarının zərərinə xarici xüsusi xidmət orqanlarının tələbləri əsasında dövlət qurumları və müxtəlif binaların şəkil və videolarını çəkdikləri, xarici xüsusi xidmət orqanı əməkdaşının tələbilə təmin etdikləri bu məlumatları xarici ölkə xüsusi xidmət orqanlarına vermələri, bu məlumatlara görə,maddi mənfəət əldə edikləri təsbit edilib."

Əməliyyat keçirilən kəndlər və qəsəbələr İran sərhədinə yaxındır.

Kəndləri boşaltmaq iddiaları...

Orada yaşayanlar həslərlə bağlı Rudav-a danışıblar: "Keçmişdən bəri sərhədi keçib mazut gətirirdik. Sərhəddə mazut daşıyan 200 nəfər 20 ildə öldürülüb. Bizi kəndlilərinə möhtac etmək istəyirlər. Jandarma postları quruldu, tellər və divarlar hörüldü. Bu bəs etməsi, indi də "casusluq"da ittiham edirlər. Burada bu ittihamlar tez-tez səslənir, ehtimal ki, İran sərhədindəki kəndlilərin köçürülməsini istəyirlər."

Vəkillər: Gülməli bir durumdur...

Həbs olunanların İran Xüsusi Xidmət Orqanları ilə görüş keçirdikləri iddia edilir. İstintaqla bağlı danışan vəkillər isə "Gülməli bir durumdur. Tutulan şəxslər zənbil ticarəti edərək, gündəlik həyatını yaşamaq istəyirlər. Alış-veriş etdikləri insanlarla danışdıqları "Əmənatimi unutma" kimi cümlələr casusluq fəaliyyəti olaraq dəyərləndirilərək həbs səbəbi göstərilib. Çay,  2-3 paket siqaret zənbil ticarəti kimi şeyləri casusluq fəaliyyəti olaraq görüblər. Tamamilə günlük pul qazanmaq üçün ticarət edən insanlar, dövlətin gizli məlumatlarını ifşa etməkdə ittiham edilir.", -deyə danışıblar.

Qeyd edək ki, Türkiyə mediası bu həbslərlə bağlı məlumat yaymayıb.


Türkiyə-İran sərhəddində yaşayan kiçik ticarətçilərə qarşı “casus əməliyyatı” - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İki yaşlı uşaq 3-cü mərtəbənin balkonundan düşsədə heçnə olmadı - VİDEO
    İslamazeri.com xəbər verir ki, Türkiyənin Sakarya şəhərində 2 yaşlı uşaq 3-cü mərtəbənin balkonundan yıxılıb. Xoşbəxtlikdən azyaşlıya heçnə olmayıb və xəsarət almayıb.
     18.06.2019
    Ağstafada törədilən qətlin VİDEOsu yayıldı: Avtomatı Nivadan götürüb atəş açdı -  18+
    Elnur Süleymanovun “Kalaşnikov” avtomatı ilə törətdiyi qətliama dair videomüşahidə kameralarının qeydə aldığı görüntülər yayılıb
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ