Türkiyə bəyan edib ki, Avropa Şurası (AŞ) müstəqil və tərəfsiz məhkəmələr tərəfindən aparılan məhkəmə prosesinə hörmət və etibar etməlidir.
İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin mövzuya dair açıqlamasında AŞ Nazirlər Komitəsinin məhkəmə prosesi davam edən iş adamı Osman Kavala qərarını tətbiq edib-etmədiyinin müəyyənləşdirilməsi məsələsini Avropa İnsan Hüquqları Məhkəməsinə təhvil verilməsi niyyətini ehtiva edən bildiriş verdiyi xatırladılıb.
Açıqlamada "Ölkəmizdə davam edən məhkəmə prosesinə hörmət prinsipinə uyğun olaraq AŞ-nı müstəqil məhkəmə sisteminə müdaxilə xarakteri daşıyacaq bu qərarı davam etdirməkdən çəkinməyə dəvət edirik. Xüsusən AŞ Nazirlər Komitəsi başda olmaqla müstəqil və tərəfsiz məhkəmələr tərəfindən aparılan məhkəmə prosesinə hörmət və etibar edilməlidir" ifadələri yer alıb.
Şuranın qurucu üzvü olan Türkiyənin Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan məsuliyyətlərinin idrakında olduğu vurğulanaan açıqlamada Türkiyə tərəfindən cari il ərzində 128, indiyə qədər isə 3 min 674 Avropa İnsan Hüquqları Məhkəməsi qərarının həyata keçirildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrasına nəzarət edən Nazirlər Komitəsinin gündəliyində hələ də çoxlu qərarlar var:
"Kavala qərarından daha köhnə olan və başqa ölkələrdə və məsələlərdə icra olunmayan qərarlar varkən, xüsusilə Kavala qərarının davamlı olaraq gündəmdə olmasını qeyri-sabit yanaşma kimi görürük. Avropa İnsan Hüquqları Konvensiyasında mövcud mexanizmlər hüquqi və ədalətli anlaşmadan daha çox siyasi mülahizələrə əsaslanaraq müəyyən edilir. Bu, ilk növbədə Avropa Şurasının öz etibarına xələl gətirir.
Əgər Avropa Şurasının Nazirlər Komitəsi insan hüquqları sisteminin effektivliyini qorumaq istəyirsə, partiyalı və seçici münasibətindən əl çəkməli və Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrası ilə bütün üzv dövlətlər üçün qərəzsiz yanaşma ilə məşğul olmalıdır".