EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.09.2017 15:52:33

Türkiyənin Avropa Birliyi naziri və Baş müzakirəçi Ömər Çelik Türkiyənin Avropa Birliyindən uzaqlaşmayacağını və AB ilə üzvlük müzakirələrini irəlilətmə hədəfində olduğunu söyləyib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Avropa Birliyi naziri və Baş müzakirəçi Ömər Çelik bəzi üzv ölkələrin AB təşkilatlarına təlimat verməsini, "AB böhranı" olaraq xarakterizə edib.

İngiltərəyə rəsmi səfəri çərçivəsində Türkiyənin Londondakı səfirliyində mətbuat konfransı təşkil edən Ömər Çelik, "AB-dəki bəzi ölkələrin Avropa Komissiyasına ya da müəyyən AB təşkilatlarına təlimat verməsi, əmr verməsi şəklində bir yanaşma görürük. Bunun başlıca bir AB böhranı olduğunu düşünürük",- deyib. Avropadakı radikal sağ və irqçi partiyaların AB-nin Almaniyanın hakimiyyətində olduğunu müdafiə edərək, öz ölkələrinin birlikdən çıxması üçün məşğul olduqlarına diqqəti çəkən türk nazir, "Son zamanlarda Almaniyanın Avropa Komissiyasına, ya da AŞPA-ya təlimat verirmiş kimi danışması, təəssüf ki, bu irqçilərin arqumentlərini gücləndirən nəticələr doğura bilər. Bu AB üçün yaxşı deyil",- deyib.

Türkiyənin AB və Almaniya ilə əlaqələrinin vəziyyətiylə əlaqədar sualların ona tez-tez verildiyini deyən nazir, "Bizim tərəfimizdən Türkiyənin AB-yə tam üzvlük perspektivi, strategiyası qorunur. Bunun üçün də çalışır, cəhd göstəririk',-' deyə bildirib.

Çelik Türkiyənin AB-dən uzaqlaşdığı şəklindəki iddiaların gerçəyi əks etdirmədiyini vurğulayaraq AB-nin də Türkiyə ilə danışmağa açıq olması lazım olduğunu ifadə edib.


Türkiyə: Avropa Birliyindən uzaqlaşmayacağıq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • BP-nin Bakıdakı baş ofisində bütün işçilər təxliyyə edildi - FOTO
    Əraziyə yanğınsöndürənlər gəlib.
     25.09.2017
    Ermənistan ordusunda dava düşüb, iki əsgər güllələnib
    Onlar ağır bədən xəsarətləri ilə hospitala təxliyyə ediliblər, vəziyyətləri ağırdır.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ