Türk lirəsi devalvasiya rekordunu yenilədi

Türk lirəsi devalvasiya rekordunu yenilədi
Yayınlanma tarixi: 25.10.2021 12:01:54

Bazar ertəsi səhər lirənin ABŞ dollarına nisbətdə məzənnəsi 9,83-ə çatıb.

Türkiyə Mərkəzi Bankının (MB) uçot dərəcəsinin aşağı salınması haqqında qərarından sonra lirə ABŞ dollarına nisbətdə tarixi minimumları yeniləməkdə davam edir.

İslamazeri.com “Report”-a istinadən xəbər verir ki, bazar ertəsi səhər lirənin ABŞ dollarına nisbətdə məzənnəsi 9,84-ə çatıb, Bakı vaxtı ilə saat 11.00 radələrində isə 9,83 səviyyəsində ticarət olunub.

Qeyd edək ki, lirənin məzənnəsinin rekord səviyyədə düşməsi fonunda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 18 %-dən 16 %-ə endirib ki, nəticədə lirənin ucuzlaşması sürətlənib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Mərkəzi Bankın 3 yüksək vəzifəli məmurunun, o cümlədən bank sədrinin 2 müavininin işdən azad edilməsi haqqında xəbərlər fonunda lirənin məzənnəsi kəskin ucuzlaşmağa başlayıb. “Eko Faktoring” şirkətinin direktoru Arda Tunca həmin 3 məmurun uçot dərəcəsinin aşağı salınmasının əleyhinə səs verdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə MB müstəqilliyini itirib, lirə isə ucuzlaşmaqda davam edəcək.

FOTO

GÜNÜN MANŞETLERİ