Tunis Suriyaya səfir təyin edəcək.
Tunis prezidenti Qeys Səid Suriyaya səfir təyin edilməsi barədə göstəriş verib.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Qeys Səid Tunisin xarici işlər naziri Nabil Əmmarı Karfagen sarayında qəbul edib.
Açıqlamada bildirilib ki, prezident Səid görüş zamanı Suriyaya səfir təyinatı prosedurlarına başlanılması barədə göstəriş verib.
Tunis Rəyasət Heyətinin fevralın 9-da verdiyi açıqlamada prezident Kays Səidin Suriyadakı diplomatik nümayəndəliyin səviyyəsini yüksəltmək istədiyi bildirilib.