Trampın həbsi ləğv edilib.
ABŞ-ın sabiq prezidenti Donald Trampın rəsmi həbsi ləğv edilib.
İslamazeri.com Trend-ə istinadən xəbər verir ki, bu barədə “СNN” televiziya kanalı bildirib.
Siyasətçi məhkəmə binasını tərk edib.
Xatırladaq ki, ABŞ-ın sabiq Prezidenti Donald Tramp rəsmən həbs edilmişdi.
Bu barədə “CNN” televiziya kanalı xəbər verimişdi.
Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcəkdi.
Qeyd edək ki, ABŞ prosessual hüququnda həbs böyük münsiflər heyətinin qərarı nəticəsində ittiham irəli sürülməsinin məcburi hissəsidir. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən vaxt ərzində həbsdə qalır.