Tramp: Venesuela bizim ərazimizdir

Tramp: Venesuela bizim ərazimizdir
Yayınlanma tarixi: 1/5/2026 12:14:18 PM

Tramp tətilini keçirdiyi Floridadan Vaşinqtona qayıdan təyyarədə jurnalistlərə gündəmdəki mövzularla bağlı açıqlama verib.

İslamazeri.com xəbər verir ki, Venesuelaya hərbi müdaxiləni doğru və haqlı hesab edən Tramp, ABŞ-a bu ölkədən külli miqdarda narkotik maddənin daxil olduğunu və prezident Nikolas Maduronun "narkoterror dövləti" idarə etdiyini iddia edib.

Venesueladakı mövcud vəziyyətlə bağlı görüləsi çox iş olduğunu deyən Tramp, Amerikanın böyük neft şirkətlərinin ora gedib milyardlarla dollar dəyərində iş görməyə başlayacağını söylədi.

ABŞ prezidenti vitse-prezident Delsi Rodrigez ilə sıx əlaqədə olduğunu qeyd edərək, "Venesuelada nəzarət bizdədir" dedi.

O, hələ Rodrigezlə görüşmədiyini, lakin kabinet üzvlərinin görüşdüyünü bildirdi və əlavə edib ki, "O, bizimlə əməkdaşlıq edir".

Rodrigezin ABŞ maraqlarına zidd addımlar atacağı təqdirdə Maduronun taleyinin daha pis olacağı ilə bağlı "təhdidini" təkrarlayan Tramp, mövcud Venesuela administrasiyasından düzgün işlər gözlədiyini vurğuladı.

Tramp Venesuela neftindən istədikləri kimi istifadə etmək hüquqlarına malik olduqlarını iddia edib: "Venesuela hazırda ölü bir ölkədir. Biz onu dirçəltməliyik. İnfrastrukturun yenidən qurulması neft şirkətlərindən böyük investisiyalar tələb edəcək və şirkətlər buna hazırdırlar", - deyə bildirib.

Tramp bildirib ki, Maduronu saxladıqları hücum planında "lazım gələrsə, ikinci hücuma hazırlaşıblar", lakin ilk hücumda Maduronu qaçırtdıqdan sonra buna artıq ehtiyac olmayıb.

Venesuela hökuməti "özünü yaxşı aparmazsa", ikinci hücuma həmişə hazır olduqlarını vurğulayan Tramp deyib: "Bu, Venesueladır, bu, bizim ərazimizdir" deyib.

GÜNÜN MANŞETLERİ