1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:27.08.2019 10:08:30

"Əgər şərtlər uyğundursa, əlbəttə mən görüşə razı olardım.", -deyə Tramp bildirib.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ-ın 2015-ci ildə bağlanan beynəlxalq nüvə anlaşmasını tərk etməsindən sonra bazar ertəsi İran prezidenti Həsən Ruhani ilə Tehranın nüvə proqramı ilə bağlı yeni razılaşmanı müzakirə etməyin gözəl bir şans olduğunu deyib.

"Əgər şərtlər uyğundursa, əlbəttə mən görüşə razı olardım.", -deyə Tramp bildirib.

Fransada dünya liderlərinin toplaşdığı G-7 sammitinin son günü çıxış edən Donald Tramp “İranın da görüşmək istədiyini düşünürəm” deyib.

ABŞ lideri bir il əvvəl İrana tətbiq etdiyi iqtisadi sanksiyaların "tamamilə zərər vurduğunu" söyləyib. 

Lakin bazar ertəsi cənab Trump deyib ki, onun İranla yeni nüvə razılaşması perspektivi haqda "yaxşı hisləri" var.

"İran mən iki il yarım əvvəl vəzifəyə gəldiyim vaxtkı ölkə deyil", - o, G7 sammitində Fransa prezidenti Emmanuel Macronla birgə keçirdiyi mətbuat konfransında deyib.

 Donald Tramp prezident Həsən Ruhani ilə görüşün İran ordusunun xaricdə gərginlik yaratmayacağı şərtilə baş tuta biləcəyini bildirib. O israr edir ki, 2015-ci il razılaşmasına əsasən İranın yalnız 10 il müddətinə deyil, daha uzun müddətə nüvə silahı və ballistik raketlərini sınaqdan keçirməsinə qadağa qoyulmalıdır.

“İranla bağlı hisslərim müsbətdir, İranın inanılmaz gözəl bir xalqı var,” deyə Donald Tramp bildirib.

Xatırladaq ki, İran nüvə silahı əldə etməyəcəyini əvvəldən bildirir və balistik raket və ümumiyyətlə digər müdafiə və hücum silahlarından imtina etməyəcəyini deyir.

Qeyd edək ki, Trampın bu açıqlamaları İranın Yaxın Şərqdə böyük dəyişikliklərə imza atan generalı, Süleymaninin İsrailə qarşı sərt mesaj verməsindən sonra diqqət çəkir.


Tramp Ruhani ilə görüşmək istəyir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda toy xərclərinə limit
    Özbəkistanda toy xərclərinə limit qoyulur
     21.09.2019
    Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ