1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:18.04.2020 10:03:03

Tramp koronavirusun laboratoriyada ortaya çıxması versiyasını da araşdırıldığını bildirib

İslamazeri.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp koronavirusun mənşəyinin araşdırıldığını dediyi bir vaxtda, İran koronavirusun genedik şifrəsinin əldə edildiyini açıqlayıb.

Tramp jurnalistlərlə birifinqi zamanı koronavirusun labaratoriyada əldə edilməsini istisna etməyib.

"Qəribədir. Araşdırmalar aparılır və biz koronavirusun mənşəyini tapacağıq. Hazırda deyə bilərək ki, harada ortaya çıxmasından asılı olmayaraq Çindən gəlib, hnecə gəlib mühüm deyil.", -deyə Donald Tramp əlavə edib.

İranlı tədqiqatçılar ölkədə ilk dəfə olaraq koronavirusun genomunu müəyyənləşdirə və onun genetik ardıcıllığını təyin edə biliblər.

İran Biotexnologiya Cəmiyyətinin sədri Sirus Zeynəli dünən bildirib ki, indiyədək 4000 koronavirus ardıcıllığı qeydə alınıb. Onların başlıca hissəsi Amerikaya aiddir. İranlı alimin sözlərinə görə, iranlı tədqiqatçılar sanksiya şəraitində bu uğura nail ola və onu genetik ardıcıllığını müəyyən edə biliblər.

Zeynəli elmi və ümumi forumlarda koronavirusun genetik mutasiyası məsələsinə toxunaraq deyib: "Bəziləri bu qənaətdə idilər ki, bu virus İranda mutasiya edib və daima dəyişməkdədir. İran növü və digər halların genetik ardıcıllığına əsasən bu məsələ həqiqətə uyğun deyil."

"Koronavirusun genetik ardıcıllığının müəyyən edilməsilə məlum olub ki, bu virus üçün dərman və ya vaksina istehsal olunarsa, bütün ölkələrdə istifadə oluna bilər və hər bir cəmiyyət və ya ölkə üçün özünəməxsus vaksina düzəltməyə ehtiyac yoxdur. Bütün canlı hüceyrələr və viruslar onların həyatını təmin edən genetik struktura malikdirlər. Koronavirus da RNA genetik quruluşuna malikdir.

Bu virus insan hüceyrəsinin içərisinə daxil olan kimi çoxalır və əvvəlki virusa bənzər yeni bir virus yaradır. Yeni düzəldilmiş virusun çıxışından sonra hər bir virus digər bir hüceyrərə hücum edir.", -deyə İranlı alim əlavə edib.


Tramp koronavirusun mənşəyini axtarır, İran genetik şifrəsini tapdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Mədinə şəhərindəki Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
    Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.
     30.05.2020
    Azərbaycanda
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ