1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:13.09.2019 10:02:12

Tovuzda güllələnmə hadisəsi baş verib.

İslamazeri.com xəbər verir ki, Tovuzda güllələnmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonda vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərli güllə yarası ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb və keçmiş vəkil dünyasını dəyişib.

Bu barədə Trend-ə Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, bu gün səhər saatlarında güllələnən Firudin Ələkbərli xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb.  Qeyd edək ki, güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub.


Tovuzda vəkil qətlə yetirildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı
    Səudiyyə Ərəbistanı İranda yeni koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar vətəndaşlarına və ölkədə yaşayan əcnəbilərə xəbərdarlıq edib.
     22.02.2020
    İranın ABŞ bazasına hücumunda yaralanan hərbçilərin sayı 110 oldu
    İranın ABŞ-ın İraqdakı bazasına endirdiyi raket zərbələri nəticəsində kontuziya alan hərbçilərin sayı 110-a çatıb.
     22.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ